Delivery Hero , FoodPanda nı satın aldı

08.05.2017 0 PAYLAŞIM 5277 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyanın 33 ölkəsində yemək çatdırılmaları həyata keçirən "Delivery Hero Holding GmbH ", "Rocket Internet SE "-yə məxsus olan "FoodPanda "nı satın aldı.

2011-ci ilin May ayının 11-də İsveçdə qurulan "Delivery Hero ", hazırda aralarında Küveyt, Səudiyyə Ərəbistan, Qatar, Omam, BƏƏ kimi Asiyanın 33 ölkəsini əhatə edən geniş bir şəbəkəyə malikdir. 
"Foodpanda " yarandığı gündən bu günə qədər 318 Milyon dollar investisiya toplayıb. Son olaraq "Goldman Sachs "dan 100 Milyon dollarlıq F seriya investisiya alan "FoodPanda ", 1.33 Milyard dollara "Delivery Hero " tərəfindən satın alındı.
"FoodPanda " satınalması "Delivery Hero "ya xüsusilə Avropa və Asiyadan 20-dən artıq ölkəni öz platformasına əlavə etməsinə şərait yaradacaq.
Baxaq görək razılaşmanın digər detalları haqqında nə kimi məlumatlar mediaya ötürüləcək və satın alma "Delivery Hero "ya nə qədər gəlir gətirəcək.