Hamıya "Back to the Future" film seriyasından tanış olan DeLorean markalı avtomobilin istehsalı bərpa olunacaq. Bu barədə DeLorean ticarət nişanının indiki sahibi Stephen Wynne bildirib.
"Bu fantastikadır. Bizim üçün həqiqət anı gəlib çatdı. Axı biz bu anı uzun zaman gözləyirdik. İndi istehsala yenidən başlamaq üçün bütün rəsmi işlər qaydasına salınıb. Əvvəllər istehsala başlamaq üçün bizim lazımi hüquqlarımız yox idi. Daha əvvəl bu avtomobilləri istehsal etsəydik qanunu pozmuş olacaqdıq. Bu bizim üçün çox böyük məna kəsb edir. Biz yenidən avtomobil sənayesinə qatılırıq" - deyə Stephen Wynne bildirib.
Qeyd edək ki, DeLorean Motor Company 1982-ci ildə öz iflasını elan etmişdi. Sözügedən avtomobil modelindən 9000 ədəd istehsal olunsa da indiki günlərimizə qədər onlardan yalnız 6000-i yararlı halda qalmışdır. Stephen Wynne 1987-ci ildən DeLorean avtomobillərinin bərpası ilə məşqul olmuşdur. 1997-ci ildə isə o bütün ehtiyyat hissəsləri və çertyojları almışdır. John DeLorean-ın həyat yoldaşı ilə yaşanmış uzunmüddətli məhkəmə proseslərindən sonra nəhayət ki, Stephen loqo-nun və avtomobilin ticarət nişanının bütün hüquqlarını əldə etmişdir. Güman edilir ki, artıq əfsanə sayılan DeLorean avtomobillərinin ilk partiyası potensial alıcılara 2017-ci ildə təqdim olunacaq. Hər bir avtomobilin qiyməti isə $100.000 olacaq.
Şərh yoxdur