

Filippindəki Palavan adasında yaşayan bir balıqçı 10 il əvvəl dünyanın ən böyük incisini tapdı. Nə olduğunu anlaya bilmədiyi cismin sərvət dəyərində olduğunu illər sonra öyrəndi.
Palavan adasında ortaya çıxan maraqlı hadisə bütün dünyanı təəccübləndirdi. "Technote.az”ın "Daily Mail” qəzetinə istinadən verdiyi xəbərə əsasən, bu bölgədə yaşayan bir balıqçı təxminən 10 il əvvəl dənizdən 34 kiloqram ağırlığında bir inci tapıb. Tapdığı şeyin inci olduğunu başa düşməyən adam "uğurlu əşya” olaraq onu saxlamağa qərar verib. Yatağının altında saxladığı əşyanın 100 Milyon Dollarlıq bir sərvət olduğunu ancaq illər sonra öyrənə bildi.
Bu ilin əvvəllərində evində çıxan yanğın səbəbi ilə əşyalarını qırağa çıxartmaq məcburiyyətində qalan balıqçı, illər əvvəl tapdığı incini Turizm nazirliyinin işçilərinə göstərdi. Gördükləri böyük inciyə maraqla baxan şəxslər hekayəni öyrəndiklərində isə təəccübdən nə edəcəklərini bilmədilər. Nəhəng incinin turizm məqsədli olaraq Palavan Adasında və bölgədə qalması gözlənilir. Adı açıqlanmayan balıqçının tapdığı incinin bugünə qədər dünyada tapılan ən böyük inci olduğunu bir daha qeyd etmək lazımdır. Daha əvvəlki rekordun sahibi olan inci sadəcə 6.4 kq ağırlığında və qiyməti 35 milyon dollar dəyərində idi. Yeni tapılan inci isə 34 kq ilə bu rekordun yeni sahibi olmağa layiq olmuş görünür.
Şərh yoxdur