main-post-cover

    Dəri, qızıl və almaz örtüklü, 360 dərəcəlik videoçəkiliş edə bilən telefon: Darling

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    360 dərəcəlik videoçəkiliş edən ilk mobil telefon.

    Çinli "Protruly” adlı firma tərəfindən istehsal edilən və 360 dərəcəlik çəkiliş edə bilən Darling, "Dünyanın ilk 360 dərəcəlik videoçəkiliş edə bilən telefonu" olaraq bazara çıxacaq. Son dövrdə sürətlə artan virtual reallıq dünyası üçün lazım olan ilk xüsusiyyətlərdən biri olan 360 dərəcəlik videolar üçün  müxtəlif kameralar mövcuddur. Bunu ilk dəfə telefon ictimaiyyətinə daşıyan Çinli "Protruly” adlı firma, MWC 2017 -də təqdim etdiyi Darling adındakı telefonu  ilə birbaşa olaraq cihazınızdan VR videolar çəkə bilməyinizə imkan tanıyır. Texniki xüsusiyyətlər baxımından 5.5 inç FHD Super AMOLED ekran, MediaTek Helio X20 prosessor, 4 GB RAM, 64 GB daxili yaddaş sahəsi və 3560 mAh batareyaya sahib olan Protruly Darling, Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışacaq. FacebookYouTube üzərindən 360 dərəcəlik canlı yayım edə bilən bu canavar, USB Type C, WiFi a / c, LTE dəstəyi və barmaq izi skanına da sahibdir. İki ayrı versiyası olacaq cihazın bir normal versiyası, bir də dəri qapaqlı, qızıl örtüklü çərçivəsi və 4 ədəd də almaz daşa sahib versiyası olacaq. Bu iki cihazın da texniki xüsusiyyətləri eyni ikən 600$ normal versiyası, 1300$ da xüsusi versiyası olacağı deyilir. 360 dərəcəlik videoçəkiliş edə bilən, həm öndə həm arxada 13 MP kamerası olmasına rəğmən çıxıntı nisbətini incə tuta bilən Çinli firma, qlobal bazara da çıxmaq istədiyini bildirib.

    Linki kopyala