main-post-cover

    Developerlərin sevimli yarışı halına gələn "Barama Hackathon 2017"ə qeydiyyat başladı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli Barama Hackathon 2017 layihəsinə start verilib. Müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı "Hackhaton”lar bütün dünyada adətən "Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Developerlərə təqdim olunan bu dəfəki mövzu – mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılmasıdır.
    22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edəcək və 23 aprel saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 25 aprel tarixində münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
    Layihədə iştirak etmək istəyən proqramçılar hackathon.barama.az saytında qeydiyyat formasını doldurmalıdırlar. "Barama Hackathon 2017”-də qələbə uğrunda 10 komanda mübarizə aparacaq. 18.04.2017 tarixi qeydiyyat üçün sonuncu gündür.
    Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə "Özsut”restoranlar şəbəkəsi təmin edəcək. Tədbirin Media dəstəyi isə "technote.az" portalına məxsusdur.
    Xatırladaq ki, ötən il Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə "Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər