“Dilmanc mobil tərcüməçi”  - Şifahi nitqi və yazılı mətnləri Azərbaycan dilinə tərcümə edən tətbiq.

“Dilmanc mobil tərcüməçi” - Şifahi nitqi və yazılı mətnləri Azərbaycan dilinə tərcümə edən tətbiq.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dilmanc layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi’nin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanan və pulsuz istifadəyə verilən sistemlər toplusudur. Bu gün sizlərə "Dilmanc mobil tərcüməçi” tətbiqi haqqında məlumat verəcəyik. Eyni zamanda bu tətbiqin funksionallığı ilə sizləri yaxından tanış edəcəyik.
Əvvəla qeyd edək ki, "Dilmanc Translator” tətbiqi həm Android həm də iOS platforması üçün mövcuddur. Tətbiqin əsas məqsədi yazılı mətnləri və şifahi nitqləri xarici dillərdən Azərbaycan dilinə çevirməkdir.
1.Tətbiqin birinci əsas funksiyası sözləri İngilis, Rus və Türk dillərindən Azərbaycan dilinə tərcümə etməkdir. Bununla yanaşı İngilis – Azərbaycan, İngilis – Türk, Rus – Azərbaycan, Rus – Türk, Azərbaycan – İngilis, Rus, Türk, Türk – İngilis, Rus, Azərbaycan dil kombinasiyaları mövcuddur. Geniş söz bazasına malik olan bu tətbiqə daxil etdiyiniz sözlərin tərcüməsi zamanı, axtarılan sözün mənası ilə yanaşı digər informasiyalar da təqdim olunur. (sinonimi, hansı nitq hissəsinə aid olması və s.)

 
2. Tərcümə etdiyiniz söz yaxud mətnləri səsləndirmə imkanı sözlərin düzgün oxunuş qaydasını bilməkdə sizə böyük kömək olacaq.  İngilis, Rus, Türk və Azərbaycan dillərində səsləndirmələr mövcuddur.
 
3. Şifahi nitqin müxtəlif dillərə yazılı tərcümə olunması bu tətbiqin ən əsas xüsusiyyətlərindən biridir. İstədyiniz 4 dildən birini seçin və həmin dildə nitqi səsləndirin, dilmanc mobil tərcüməçi dərhal səsləndirdiyiniz nitqi ayırd edir və sizə lazım olan dilə keyfiyyətli tərcümə edir. Lakin burada nitqi səsləndirən zaman sözlərin düzgün tələffüz olunmasına xüsusilə diqqət etməlisiniz. Əks halda proqram sizin nitqinizi başa düşməyə bilər.


4. Əcnəbi ilə söhbət rejimi bu tətbiqin ən maraqlı və diqqət çəkən funksialarındandır. Siz bu rejimə keçid etməklə seçdiyiniz dilə uyğun nitq səsləndirirsiniz və proqram avtomatik olaraq nitqi analiz edib onu tərcümə etmək istədiyiniz dilə çevirir və səsləndirir. Xüsusilə bu funksiya xaricilərlə ünsiyyət zamanı sizin köməyinizə çatacaq.

Tətbiqin hazırlanması 1 ildən çox vaxt aparıb və tətbiq 1 milyondan çox söz bazasına malikdir. Hal hazırda tətbiqdə Azərbaycan, Rus, İngilis və Türk dilləri mövcuddur. Gələcəkdə yeni dillərin əlavə olunması planlaşdırılır. Sözü gedən tətbiqi Android və IOS platformaları üçün aşağıdakı keçidlərdən istifadə etməklə yükləyə bilərsiniz. Əlavə olaraq Dilmac layihəsinin digər məhsulları ilə maraqlanmaq üçün  https://dilmanc.az  saytını ziyarət etmək faydalı olardı.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×