
Diqqət! Apple istifadəçiləri bu sayt cihazınızı "öldürür" !
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Veb developerlər Apple istifadəçilərinin baş ağrısına çevrilən bir sayt hazırlayıblar. Safari vasitəsilə ilə bu saytı açdıqdan istənilən Apple cihazınızın sonu gələ bilər. Sosial şəbəkələrdə www.CrashSafari.com saytına giriş üçün spam e-maillər, mesajlar göndərilir. iOS əməliyyat sistemi ilə bu sayta daxil olduqda cihazınız (bu iPhone yaxud iPad ola bilər) bir neçə dəqiqəlik sönür. Mac isə bu an "ölümcül göyqurşağı təkəri" açılır. Brauzeri tez bağlamadıqda isə cihaz tamamilə donur.

Saytın sirri çox sadədir. Saytda yerləşən javascript kod HTML5 History APİ-yə dəfələrcə sorğu göndərirki, buda öz növbəsində Safarinin donmasına gətirib çıxarır.

Bu səhv Apple-ın yeni ƏS-lərində iOS 9.2.1 vı OS X 10.11.3 həmçinin bu sistemlərin köhnə versiyalarında istifadəçilərə "ölüm saçır". Apple-ın bu problemi tezlikdən aradan qaldıracağına ümid edirik
Linki kopyala
Həftənin xəbərləri

