main-post-cover

    DİQQƏT! Opera Hack edildi! Şifrələrinizi dəyişdirin!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    İnternet Brauzerləri arasında bitmək bilməyən rəqabət mövcuddur, daima yeni xüsusiyyətlər ilə brauzer yarışının qalibi olmaq istəyən bir çox şirkət var. Bu şirkətlərdən biri də Operadər. Son vaxtlarda etdiyi yeniliklər və investitsiyalar ilə istifadəsini bir xeyli artıran Opera, hacker qurbanı oldu. Keçən günlərdə bəzi serverlərinə hücumlar edildiyini etiraf edən Opera, istifadəçilərə şifrələrini dəyişdirməli olduqlarını bildirən e-mail göndərdi. 
    Bəzi istifadəçilərin mail və şifrələri kimi vacib məlumatlarının hackerlərin əlinə keçmiş ola biləcəyini ifadə edən şirkət, bütün məlumatların şifrələnmiş şəkildə olduğunu açıq bir halda bildirdi. 
    Bütün Opera istifadəçilərinin 0.5%inin daxil olduğu bildirilsə də, əgər bir Opera hesabınız varsa, şifrənizi təcili olaraq dəyişdirməyinizi məsləhət görürük!
    Linki kopyala