Jon Snow "Game of Thrones" serialının 6-cı sezonunda yalnız cəsəd kimi geri qayıdacaq. Bu barədə Jon Snow obrazını canlandırmış Kit Harington müsahibəsində bildirib. Müsahibə əsnasında onun 6-cı sezon üçün hər-hansı bir yeni səhnədə çəkilməsi haqqında suala Kit Harington bu cür cavab verib. "Qulaq asın mən artıq bu serialda iştirak etmirəm. Mənim canlandırdığım obraz yeni epizodlarda olmayacaq. Bəli mən bir neçə səhnələrdə yalnız cəsəd rolunda oynamışam". Bundan sonra serialda nələrin baş verəcəyini bilib bilməməyi haqqında sualı isə o belə cavablandırıb. "Bu barədə heç bir fikrim yoxdur. Mən nə qədər müddət cəsəd rolunda olacağımı bilirəm lakin bunu sizlərə deməyəcəm". Qeyd edək ki, 5-ci sezonun sonunda Jon Snow öldürülmüşdür. Buna baxmayaraq serialın pərəstişkarları onun seriala sadəcə cəsəd kimi qayıtmayacağına ümid edirlər. Bundan əlavə olaraq serialın 6-cı sezonunun ilk tam traileri işıq üzü görüb. 6-cı sezon 24 aprel tarixində start götürəcək.
Şərh yoxdur