main-post-cover

    Diqqət Spoiler: "Game of Thrones" serialının sevilən personajı çəkiliş meydançasına qayıdıb

    Digər
    07.05.2017
    Farid Pardashunas
    HBO kanalının məşhur "Game of Thrones" serialında Jon Snow rolunu canlandıran aktyor Kit Haringtonun serialın 6-cı sezonunda iştirak etmək haqqında şaiyələr görünür reallığa çevrilir. Watchers on the Wall fanat saytının verdiyi məlumata görə aktyor London-Belfast uçuşunu həyata keçirmiş təyyarədə görülüb. Həmin uçuş vasitəsilə Haringtonun serial üzrə tərəf müqabili Tom Wlaschiha Şimali İrlandiyanın paytaxtına gəlib. Qeyd edək ki, Jon Snow serialın 5-ci sezonunun sonunda vəfat etmişdir. Haringtonun serialın Belfast şəhərində yerləşən çəkiliş meydançasına gəlməyində bir çox səbəb dura bilər. Məsələn serialın 6-cı sezonunda personajın dəfn mərasimi yaxud cəsədlə bağlı qısa çəkilişlər və s. Lakin ssenarinin məlumatlarına və aktyorun uzanmış saç, saqqalına əsasən belə qənaətə gəlmək olar ki, Kit Harington serialın 6-cı sezonunda tam şəkildə iştirak edəcək. Serialın 6-cı sezonunun çəkilişlərinin bu həftə başlanacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər