main-post-cover

    DİQQƏT: WhatsApp, Artıq Milyonlarla Ağıllı Telefonda İşləməyəcək! (iOS, Android, Windows Phone)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Əgər Android və iOS-un köhnə versiyalarının istifadəçisisinizsə, yeni ildə WhatsApp xaricində fərqli bir mesajlaşma tətbiqi istifadə etməli olacaqsınız; beləki şirkət, əməliyyat sistemlərinin bir çox köhnə versiyalarına dəstək verməyi saxladı.

    Yeni ilə təəssüf ki bir çoxunuzun xoşuna getməyəcək bir xəbərlə giriş edirik:  WhatsApp, Android və iOS əməliyyat sistemlərinin bəzi versiyalarına dəstək verməyi saxladı. Android 2.2 Froyo və daha köhnə versiyalar, iOS 6 və daha köhnə versiyalar və Windows Phone 7 və daha köhnə versiyalara sahib ağıllı telefonlarda bundan sonra WhatsApp istifadə edilə bilməyəcəksiniz.

    Bunlar əslində çox köhnə versiyalardır - məsələn Android 2.2, 2010-cu ildə bazara daxil olub-, lakin hələ də bir çox insan, yeni versiyaya yüksəldilə bilinməyən telefonlar istifadə etməyə davam edirlər. Bu səbəbdən kifayət qədər istifadəçi kütləsi artıq WhatsApp-dan faydalana bilməyəcək.

    İndi "bu versiyaları hələ də neçə nəfər istifadə edir ki?" deyə düşünə bilərsiniz, cavabı isə belədir. Android 2.2, bazardakı bütün Android cihazlarının 0.1%-ini əhatə edir. Sentyabr 2015-dən etibarən 1.4 milyard aktiv Android cihazın olduğu açıqlanmışdı (ki bu say hazırda 1.7 milyarda qədər artıb), bu da təxminən 1.4 milyon cihazın hələ Android 2.2 versiyasını istifadə etdiyi mənasını verir.

    iPhone istifadəçiləri

    WhatsApp, 2009-da bazara daxil olan ikinci nəsil iPhone 3GS-ə dəstək verməyi saxlayır. Daha da vacibi, iOS 6 ilə işləyən hər hansı bir cihaz da mesajlaşma platformasından faydalana bilməyəcək. Bu da əməliyyat sistemi yeni versiyasına yüksəldilməmiş bəzi iPhone 4, 4S ya da 5-ləri əhatə edəcək.

    Windows Phone istifadəçiləri

    Windows Phone 7, Oktyabr 2010-da bazara təqdim edilmişdi və Microsoft, 2014-cü ildə bu əməliyyat sisteminə dəstək verməyi kəsmişdi. WhatsApp-ın da bu səbəbdən dəstəyini kəsdiyini deyə bilərik. Əgər aranızda hələ də Windows Phone 7 istifadə edənlər varsa, ən qısa müddətdə yeni əməliyyat sistemi versiyasına keçməsini məsləhət görürük.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər