DİQQƏT: iOS 10, iPad və iPhone cihazlarını çökdürür!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iOS 10 yenilənməsi bəzi ağıllı telefonların bağlanıb açılmamasına səbəb oldu
Qısa müddət əvvəl Apple, yeni mobil əməliyyat
sistemi iOS 10-u istifadəçilərə təqdim etmişdi. Amma az zaman keçməsinə
baxmayaraq istifadəçilər, yenilənməni tətbiq etdikdən sonra problemlərin ortaya
çıxdığını sosial media vasitəsilə açıqlamağa başladılar. İstifadəçilər yenilənməni
tətbiq etdikdən sonra telefonlarında "brick” ortaya çıxdığını və ya
açılmadığını bildirdilər.
Son zamanlar iOS 9-da problemlərlə
qarşılaşan Apple, iOS 10-da da bənzəri problemlərlə üz-üzə qalıb. Buna görə də
iPad və ya iPhone istifadə edirsinizsə, bu yenilənməni problem həll olunana qədər
təxirə salın. Bundan əlavə mövcud cihazları yeniləmədən əvvəl backup etməyi
unutmayın.
Artıq yenilənməni həyata keçirmisinizsə, onda problem necə həll olunmalıdır?
Əgər yenilənmədən sonra problem yaşayırsınızsa,
onda telefonunuzu kompüterinizlə əlaqələndirin və yenilənməni iTunes üzərindən
kompüterinizdən təkrar yükləyin. iTunes-da iOS 10 yenilənməsini görmürsünüzsə,
kompüterinizdə iTunes yenilənməsinin olub-olmadığını yoxlayın. Backup aldıqdan
sonra iTunes ilə yenilənməni başdan həyata keçirsəniz problem həll olacaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ