main-post-cover

    Diqqətli olun. Yüksək səs sərt diski sıradan çıxarda bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Rumıniyanın "ING Bank”nın data mərkəzində keçirilmiş yanğınsöndürmə üzrə plan təlimləri zamanı şirkətin IT sistemi 10 saatlıq sıradan çıxıb.

    Yanğınsöndürənlərin yüksək səslə çalışması bütün sərt disklərin zədələnməsinə səbəb olub. Təlimlərdə inersiyalı qaz olan yanğınsöndürənlərdən istifadə olunub. Həmin yanğınsöndürənlərdən bu cür yerlərdə istifadə olunur. Belə ki, su və köpükdən fərqli olaraq qaz cihazlara ziyan vurmur. Lakin görünür səs cihazlara zərər verməyə qadirdir. Nəticədə 130 dB-dən (Desibel) yüksək səs sərt diskləri zədələyib. Qaz, balonlardan qulaqbatırıcı səslə çıxırdı. Beləliklə qaz sərt diskləri sıradan çıxardan vibrasiyalar yaradırdı. Buna görədə məlumatların oxunması və yazılmasında problemlər yaşanıb. Data mərkəzdə baş vermiş hadisə bankomatların, texniki dəstək, daxili poçt və digər servislərin işində xətalar yaradıb. Adətən inersiyalı qaz ilə yanğın söndürən zaman bu cür səs olmur. Mütəxəssislərin cihazları yalnız 130 dB-ə qədər olan səs yüksəkliyini ölçməyə imkan verir. Lakin hadisə zamanı göstərici 130 dB-i keçmişdir. Daha öncə "Siemens” şirkəti bu istiqamətdə təcrübələr aparmışdı. Nəticə olaraq şirkət bildirmişdi ki, 110 dB səviyyəsində olan səs təzyiqi sərt disklərin işində problemlər yarada bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər