

Bethesda şirkəti öz press-konfransı çərçivəsində Dishonored 2 oyununa yetəri qədər zaman ayırıb. Qeyd edək ki, oyun Arkane Studios tərəfindən hazırlanır. Oyuna başlamamışdan qabaq oyunçulara seçim təqdim ediləcək. Original oyundan olan Corvo Attano rolunda və ya onun qızı Emily Kaldwin rolunda oynamaq. Dishonored 2-nin süjet xətti sözügedən iki personajın Dunwall şəhərini tərk edərək Karnaca şəhərinə gəlmələri ilə başlayır. Studiya yeni oyunda ətraf mühitin detallı şəkildə hazırlanmasına öz diqqətini yönəldib. Tədbir çərçivəsində təqdim olunmuş gameplay videolarda Emily-nin özəl bacarıqları əks olunub. Oyunda olacaq hər bir missiya həm süjet həmdəki oyunun mexanikası baxımından unikal olacaq. Hər bir missiyanı müxtəlif üsullar ilə keçmək mümkün olacaq. Dishonored 2 11 Noyabr 2016-cı il tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Şərh yoxdur