main-post-cover

    Dishonored 2 rəsmi şəkildə anons olunub

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Bethesda Softworks şirkətinin press-konfransı sürprizsiz ötüşmədi. Artıq çoxdandır gəzən şaiyələr rəsmi şəkildə öz təsdiqini tapdı. Konfrans zamanı Arkane Studios Dishonored 2 oyununu anons etdi. Oyun PC, PS4 və Xbox One üçün hazırlanır. Dishonored 2 oyununda hadisələr Karnaca şəhərində cərəyan edəcək. Bu dəfə oyunçular iki personajın rolunda oynamaq imkanına sahib olacaqlar. Personajlardan biri Corvo Attano, digəri isə imperatriçə Jessamine Kaldwinin qızı Emily Kaldwin olacaq. Qeyd edək ki, Corvo Attano birinci hissənin baş qəhrəmanı idi. Hər iki personaj özünəməxsus güc və silahlara malik olacaq. Məhz buna görədə personajı seçməkdən asılı olaraq oynanış tərzi fərqlənəcək. Oyunun çıxış tarixi hələki bilinmir.
    Bundan əlavə Arkane Studios konfrans zamanı birinci hissənin yenilənmiş hissəsi Dishonored: Definitive Edition oyununu anons edib. Dishonored: Definitive Edition-a birinci hissə üçün çıxmış bütün DLC-lər əlavə olunacaq. Oyun bu ilin avqust ayında PS4 və Xbox One üçün satışa çıxacaq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər