main-post-cover

    Dünyada bir ilk olan prosessor növü

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünyada bir ilk olan 1000 nüvəli prosessoru VLSI Technology and Circuits tədbirində təqdim ediblər. Çip 2006-cı ildə Kaliforniya Universiteti və IBM mütəxəssisləri tərəfindən hazırlanmağa başlanmışdır. 1000 nüvəli çip 621 milyon tranzistordan ibarətdir. Onun tezliyi 1.7 GHz-dir. Beləliklə cihaz saniyədə 1.78 trilyon əməliyyat yerinə yetirmək gücünə sahibdir. Mütəxəssislər qeyd ediblər ki, KiloCore prosessorunun hər bir nüvəsi müstəqil şəkildə işləyə bilir. Əgər hansısa bir nüvə hesablamalar zamanı çalışmırsa onda o deaktiv olur və enerji sərfiyyatına kömək edir. Beləliklə enerji sərfiyyatının qənaət səviyyəsi artır. Saniyədə 115 milyard əməliyyatı yerinə yetirmək üçün prosessora 0.7 Vt enerji lazımdır. Bu göstərici isə AA tipli batareyalar üçün keçərlidir. Daha əvvəllər də bu cür layihələr təşkil olunurdu. Lakin sırf elmi tədqiqatlar üçün. Həmçinin indiyənə kimi yaradılmış prosessorlardakı nüvələrin sayı 300-ü keçmirdi. KiloCore isə istehlakçı bazarı üçün istehsal olunacaq. Belə ki, yeni sistemi mobil sistemlərin yaradılmasında, yüksək keyfiyyətli videoların göstərilməsi və axınında istifadə etmək mümkün olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər