main-post-cover

    Dünyada ən çox işçisi olan 10 texnologiya nəhəngi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    Dünyada öz sözünü demiş texnologiya şirkətləri hər zaman etdikləri yeniliklərlə insanların marağını cəlb edə biliblər. Bu məqaləmizdə dünyada liderlik edən texnologiya şirkətlərinin nə qədər işçiyə sahib olduqları haqda sizə məlumat verəcəyik. Sizcə son dövrlər adından tez-tez söz etdirən "Apple" və "Samsung" kimi şirkətlər bu sıralamada neçənci yeri əhatə edirlər?

    2015-ci ilin araşdırmalarına görə ilk onluğu sizlərə təqdim edirik.
    Beləliklə, onluqda ilk yeri Tayvanda yerləşən "Foxconn" şirkəti tutur. Şirkətin işçilərinin sayı 1 milyon 300 min nəfəri əhatə edir. "Foxconn", "Apple" kimi bir çox elektronika şirkətlərinin cihazlarının istehsalını öz üzərinə götürür.

    Şirkətin yaxın zamanlarda Yaponiyanın məşhur şirkəti olan "Sharp"a satılacağı bildirilir.
    Siyahıda, kompüter texnologiyaları sahəsində xüsusi yeri olan "IBM" şirkəti 379 min işçisi ilə ikinci yeri tutur.

    Üçüncü yeri isə bir çox elektronika alətləri, xüsusən də ağıllı telefonları ilə "Apple"la rəqabət aparan "Samsung" şirkəti tutur. Mərkəzi, Cənubi Koreyada yerləşən şirkətin 319 min işçisi olduğu bildirilir.

    Kompüter istehsalında ilk yerləri tutan "HP" şirkəti siyahıda 287 min işçisi ilə dördüncü yerdə qərarlaşıb.
    Ağıllı telefon istehsalında öz rəqiblərindən geri qalan "Panasonic" şirkəti durğunluq dövrünü keçirməsinə baxmayaraq, 254 min işçisi ilə siyahıda beşinci yerdədir.
    Telekomunikasiya avadanlıqları və elektron avadanlıqları ilə səs salan mərkəzi Çində olan "Huawei" şirkətinin işçi sayı isə 170 min nəfərdir.
    Əsasən oyun konsolları, televizorları ilə məşhurlaşan "Sony" şirkəti isə 130 min işçisi ilə yeddinci yerdədir.

    Windows əməliyyat sistemi başda olmaqla həm software həm də hardware yönündə işlərə liderlik edən "Microsoft" şirkəti 118 min işçi sayı ilə səkkizinci yeri əhatə edir. Amma dəyər baxımından araşdırsaq "Microsoft" yetərincə bu sahədə özünə yer edə bilib.
    Dünyada ağıllı telefon bazarına liderlik etməyi qarşısına məqsəd qoyan "Apple" isə siyahıda 115 min işçi ilə sonuncu yerdədir. Amma necə deyərlər, bu yöndə əsas kəmiyyət yox, keyfiyyətdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər