Reklam
Dünyanın ilk gecə görmə özəllikli kameraya sahib smartfonu

Dünyanın ilk gecə görmə özəllikli kameraya sahib smartfonu

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Danimarkanın Lumigon adlı şirkəti dünyada ilk gecə görmə özəllikli kameraya sahib smartfonunu satışa çıxardıb. Yeni model smartfon Lumigon T3 adlanır. Smartfonun əsas özəlliyi ondadır ki, o ikiqat infraqırmızı işıqlandırma funksiyalı gecə görmə özəllikli 4 MP-lik kameraya sahibdir. Bu cür kamera ilə tam qaranlıqda foto çəkmək rahatlıq deməkdir. Bundan əlavə olaraq adi şəraitdə foto və video çəkmək üçün smartfon avtofokus funksiyalı 13 MP-lik arxa kamera ilə təchiz olunub. Həmin kamera 4K keyfiyyətli video çəkim xüsusiyyətinə sahibdir. Ön paneldə isə 5 MP-lik kamera yerləşdirilmişdir. Smartfonun yaradıcıları korpus və ekranın təhlükəsizliyi barəsindədə fikirləşiblər. Onun korpusu paslanmaz polad, ekranı isə Gorilla Glass 4.0 şüşəsi ilə örtülmüşdür. Smartfon həmçinin toz və nəmişlikdən belə qorunma xüsusiyyətinə sahibdir. Texniki göstəricilərə gəldikdə isə Lumigon T3 1280x720 piksel keyfiyyətli 4.8 inç SuperAMOLED ekran, 2.2 GHz tezliklə çalışan 8 nüvəli Helio X10 prosessoru, 3 GB-lıq RAM və 128 GB-lıq daxili yaddaş ilə təchiz olunmuşdur. Qeyd etmək lazımdır ki, Lumigon T3 Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışır. Bunlar azmış kimi smartfon həmdə barmaq izi tanıma funksiyası və naqilsiz enerji yığma sistemi ilə birlikdə satılır. Lumigon T3  smartfonunu şirkətin rəsmi saytından $925-$1200 qiymət aralığında almaq mümkündür.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×