main-post-cover

    Dünyanın ən acı bibərinin tüstüsünü elektron siqaretdə içinə çəkən adam ölümdən döndü

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Dünyanın ən acı bibərinin tüstüsünü içinə çəkmək necə nəticələnər ? Az qala bibər qazına yaxın acılıqda Carolina Reap bibərinin tüstüsünü içinə çəkən adamın halını birlikdə izləyək.

    Elektron siqaret çəkməyi sevən amerikalı Russell Hawkins‚ bu sevgisini çox böyüdüb. Bibər yetişdirən Hawkins dünyanın ən acı bibərini elektron siqaretdə çəkib. Bibərin tüstüsünü içinə çəkən adam az qala ölümdən dönüb.

    Scoville acılıq ölçən nədir ? Bu bibər acılığına görə neçənci yerdədir ?

    Hawking'in istifadə etdiyi Caroline Reaper adlı bibər, Scoville acılıq ölçəndə acılığına görə ilk yerlərdə olan bibərdir. Siyahının ən aşağı pilləsində 0 ilə 100 Scoville dərəcəsinə sahib acısız dolmalıq bibər yerləşir. Məsələn, bir çox adama çox acı gələn Jalepeno bibərinin acılıq dərəcəsi 2500 ilə 8000 arasında dəyişir.


    (4:40'dan etibarən aksionu izləyə bilərsiniz :)
     

    Bir pillə yuxarısı bibər qazıdır

    Bu adamın sınadığı Caroline Reaper adlı bibər isə 1.5 milyon Scoville dərəcəsinə sahibdir. Onsuz da bunun bir pillə yuxarısı polislərin istifadə etdiyi bibər qazıdır.

    Mənbə: Webtekno
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər