Hindistan firması olan YU, bir müddət əvvəl dünyanın ən güclü telefonunu istehsal edəcəyini bəyan etmişdi. 250$ satılacağı iddia edilən bu telefon artıq satışa çıxdı. Lakin qiymət baxımından bir qədər bahadır. Hindisatanda satış qiyməti 375$ olan Yutopia texniki göstəricilərinə görə flaqman rəqiblərindən heç də geri qalmır. Parametrlərini nəzərə alsaq 375$ bu telefon üçün gülünc rəqəmdir.
5.2 düyüm, 2K yəni 1440x2560 ölçülərinə sahib olan Yu Yutopia-nın ekranı 565 piksel sıxlığına malikdir. 1.5 Ghz sürətində 8 nüvəli Snapdragon 810 prosessoruna sahib olan Yutopia-da 4 GB RAM quraşdırılıb. Daxili yaddaş isə 32 GB-dır. Əlavə SD kart dəstəyi ilə 128 GB-a qədər daxili yaddaş artırıla bilər. 21 MP arxa kameraya, 8 MP ön kameraya sahib olan bu telefon çox keyfiyyətli şəkillər çəkir. Android 5.1.1 Lollipop əməliyyat sistemi ilə gələn Yutopia 3000 mAh batareyaya sahibdir. Modelin ölçüləri 147x73x7 mm ağırlığı isə 160 gram-dır. İki SİM kart dəstəyi olan Yu Yutopia müxtəlif sensorlarla təchiz edilmişdir. Bu model hələki, Hindistanda satışa çıxarılmışdır və qlobal bazara satışa çıxarılması planlaşdırılır.
Şərh yoxdur