Reklam
Dünyanın ən sürətli şarj olan telefonu! Qarşılayın!

Dünyanın ən sürətli şarj olan telefonu! Qarşılayın!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Həm performans, həm dizayn cəhətdən istifadəçilər tərəfindən böyük maraqla qarşılanan Asus ZenFone 2, 2.3 GHz 64-bit Intel Atom prosessoru və dünyanın ilk 4GB RAM’ı ilə ağıllı telefonlar üçün "üstün performans” anlayışını yenidən formalaşdırarkən, sahib olduğu batareya ilə də rəqiblərinin önünə keçir.

Hər nə qədər batareya həcmləri artsa da, tez bitən batareyalar və bu batareyaların doldurulmasının uzun çəkməsi istifadəçilərin daim narazıçılığına səbəb olur. Məhz bu nöqtədə Asus Zenfone 2 həm batareya həcminin çoxluğu, həm də doldurulma zamanının qısalığı ilə istifadəçiləri sürətlə özünə çəkir. 3000mAh batareyası sayəsində ZenFone 2’ni bütün gün aralıqsız istifadə etmək mümkün olacaq. Bununla yanaşı 32GB və 64GB modellərində olan ASUS BoostMaster sürətli şarj texnologiyası sayəsində sadəcə 39 dəqiqəyə telefon şarjının 60%’i dolur. Həmçinin benchmark testlərində sadəcə 5 dəqiqə içində 17% şarj yığaraq ən yaxın rəqibinə açıq ara fərq atan Asus Zenfone 2, 15 dəqiqə içində isə 32% şarj olaraq birincilik postuna yerləşir.


 

 

ZenFone 2’nin daxili 4G/LTE bağlantısı, 150Mbit/s’ə qədər çıxa bilən endirmə sürəti ilə bərabər 802.11ac Wi-Fi bağlantısıyla da musiqi və filmlərin aralıqsız izlənməsini təmin edir. DSDA (Dual SIM Dual Active) texnologiyası eyni anda iki SIM kartı daim işləyəcək halda tutarkən güclü batareya ZenFone 2’nin istifadəçilərə şarj problemi yaratmayan mükəmməl bir səyahət və iş yoldaşı olmağı təmin edir.

 

Batareya ömrünü uzatmağın 8 mümkün yolu:

Sahib olduğu ASUS BoostMaster sürətli şarj texnologiyası ilə bütün smartfonlar arasında ən qısa müddətdə şarj olan ZenFone 2 sahibləri bu avantaja əlavə olaraq çox asan yöntəmlərlə edə biləcəkləri dəyişiklərlə daha uzun batareya ömrü təmin edə bilər:

Ekran parlaqlığını azaldın

Ekranın sönmə zamanını minimuma endirin.

Arxa planda çalışan proqramları bağlayın.
Smart Saving modunu istifadə edin.
Sürətli tənzimləmələrdən Canlandırma seçiminə tıklayın.
3G/4G yerinə Wi-Fi bağlantısını seçin.

Location Servislərini, Bluetooth və NFC’yi bağlayın.



 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulu..

Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıb..


Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib (VİDEO)

Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adl..


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..

×