main-post-cover

    Dünyanın ən təhlükəli yazı proqramı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bəzi insanlar daha effektiv işləmək üçün, diqqətlərini yalnız bir işə cəmləmək üçün müxtəlif yollar axtarırlar. Məhz bunu hədəfləyən bir proqram sizin davamlı olaraq fikrinizini yazınıza vermədiyiniz halda bütün yazdıqlarınızı silməklə hədələyir.

    Maraqlı bir fikir çərçivəsində hazırlanan və adı da "Dünyanın ən təhlükəli yazı proqramı" olan servis insanların özlərinin təyin etdiyi zaman bölümlərinə (5 dəqiqədən 60 dəqiqəyə qədər) görə işləyir və seçdiyiniz zaman ərzində davamlı olaraq yazmağınızı tələb edir.
     
    Əgər dayansanız yazdıqlarınızı avtomatik olaraq silir və sizin yenidən yazıya başlamağınız tələb olunur.

    Əsas məqsədi hər hansı bir işə fokuslanmaq və effektivliyin artırılması olan bu proqramı buradan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər