main-post-cover

    Dünyanın ən təhlükəsiz USB daşıyıcısı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünyanın lider flash kart istehsalçısı Kingston Digital Inc., DataTraveler 2000 (DT2000) USB ilə birlikdə məlumat təhlükəsizliyi baxımından hər kəsdən 1 addım öndə çıxış edir. Başda IT professionalları olmaqla məlumat təhlükəsizliyinə önəm verən hər kəsə DT2000, üzərində olan nömrəli klaviaturada PIN kod ilə qoruma imkanı verir. Əgər kod 10 dəfə səhv yığılarsa flaş kartın içindəki məlumatlar silinərək onun oğurlanmasının qarşısı alınır. AES 256-Bit təchizatlı şifrələmə ilə qorunan DT2000, 16 GB, 32 GB və 64 GB’lık 3 fərqli modellə ilin ilk rübündə satışa çıxarılacaq. USB 3.1 dəstəyi verən DT2000’in 16 GB modeli 120 MB/s ilə oxuma, 20 MB/s ilə yazma, 32 GB və 64 GB modelləri isə 135 MB/s ilə oxuma, 40 MB/s ilə yazma sürəti təqdim edir.
     
    Tekniki Göstəricilər isə belədir: 16 GB, 32 GB və 64 GB
    Sürət: USB 3.1 – 16 GB – 120 MB/s oxuma, 20 MB/s yazma
    32 GB – 135 MB/s oxuma, 40 MB/s yazma
    64 GB – 135 MB/s oxuma, 40 MB/s yazma
    USB 2.0 – 16 GB – 30 MB/s oxuma, 20 MB/s yazma
    32 GB – 30 MB/s oxuma, 20 MB/s yazma
    64 GB – 30 MB/s oxuma, 20 MB/s yazma

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər