Dünyanın ilk 10 nüvəli ağıllı telefonu olan Zopo Speed 8, MWC 2016 tədbirində təqdim edilib. Telefonun digər texniki xüsusiyyətləri də təqdirə layiqdir.
Tayvanın prosessor istehsalçısı olan MediaTek şirkəti, dünyanın ilk 10 nüvəli çip seti olan Helio X20 haqqında məlumat vermişdi. O günden sonra bir çox telefonun bu çip setdən istifadə edəcəyi haqqında şaiyələr yayılmışdı. Ancaq bu telefonların hamısı başqa çip setlərdən istifadə etdi. Helix X20\'dən ilk dəfə istifadə edən telefon istehsalçısı isə Çinin telefon istehsalçısı Zopo oldu. Dünyanın ilk 10 nüvəli telefonu olan Zopo Speed 8, MWC 2016 tədbirində rəsmi olaraq təqdim edildi.
Zopo dünyada çox da tanınan bir şirkət deyil. Hər il bir neçə ağıllı telefon satışa çıxaran şirkət, bunların da böyük bir hissəsini ölkə xaricində satışa çıxartmır. Ancaq dünyanın ilk 10 nüvəli ağıllı telefonunu istehsal etmək şirkətin tanınmasına səbəb oldu. Zopo Speed 8’in tekniki xüsusiyyətləri isə belədir: 10 nüvəli Helio X20 çip setinə malik Mali-T880 MP4 qrafik prosessor, 5.5 düym Full HD ekran, 4 GB RAM, 32 GB daxili yaddaş, 3600 mAh batareya, Sony IMX230 sensorlu 21 MP arxa kamera, 8 MP ön kamera, barmaq izi sensoru ve USB Type-C port.
Speed 8, 4G LTE ve 2 sim kart dəstəkləyir. Əməliyyat sistemi isə Android 6.0 Marshmallow olacaq.