

Oyunçu aksesuarlarında firmalar yeniliklər etmək fikrindədir. Demək olar ki, bütün məhsulların bənzər xüsusiyyətlərə sahib olması bəzi firmaları hərəkətə keçirib. Bu firmalardan biri də SteelSeries firmasıdır. Firma kiçik ekrana sahib yeni oyunçu maus modelini tanıdıb. Rival 700 adlı bu modelin üzərində kiçik OLED ekran mövcuddur. Bəs 16.000 DPİ həssaslığa sahib olan Rival 700 üzərindəki bu ekran nə üçündür? Şirkətin açıqlamalarına görə bu ekranda makro vəzifələri, DPİ tənzimləmələri və maus üzərindəki logo və işıqlandırma kimi detalları özəlləşdirə biləcəyik. "Dünyanın ilk ağıllı mausunu təqdim etdiyimizə görə böyük həyəcan keçiririk" deyən SteelSeries CEO’su Ehtisham Rabbani, Rival 700 dizaynında oyunçular və e-idman tərəfindən edilən tövsiyyələrin diqqətə alındığını qeyd edib. CES sərgisində tanıdılan The Rival 700 oyun mausu 99$ qiymətə sahib olacaq.
Şərh yoxdur