Kompyuterlər rəqəmsal və analoq olmaq üzrə 2 fərqli girişi tanıya bilir. İndiyə qədər qarşımızda olan bütün klaviaturalar rəqəmsal siqnallardan istifadə edir. Amma Wooting One isə analoq siqnalla qarşımıza çıxacaq.
Rəqəm klaviaturasının olmayacağı ən sadə dizayna malik olan Wooting One, digər cihazlardan fərqli olaraq təzyiqə qarşı həssasdır. Oyun klaviaturalarında olan analoq düymələrin işləmə sxemasını əsas götürən klaviatura, bunun sayəsində düymələrə olan təzyiqin miqdarından asılı olaraq oyunlarda maraqlı hərəkətlər üçün şərait yaradır. Məsələn, bur yarış oyununda düyməyə hansı təzyiqlə basmağınız maşının sürətini də təyin edir Və ya bir RPG oyununda qəhrəmanınızı sürətli və ya yavaş hərəkət etdirə bilərsiniz.
RGB arxa hissəni aydınlatma sistemi ilə hazırlanan və çıxarıla bilinən USB naqili olan Wooting One, üst hissəsi dəyişdirilə bilinir. "Fn” düyməsi üzərində də edə biləcəyiniz bütün əmrlər yer alıb.
Şərh yoxdur