
Dünyanın ilk qatlana bilən ekranlı hologram ağıllı telefonu HoloFlex ortaya çıxdı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Dünyanın ilk qatlana bilən ekranlı hologram telefonu ortaya çıxdı. Queen’s Universiteti'nin hazırladığı cihaz, gələcəkdəki ağıllı telefonlar haqqında fikirlərin formalaşmasına şərait yaradır.
Qatlana bilən ekranlı hologram ağıllı telefon HoloFlex Californiada sərgilənib. Quenn’s Universitetinin hazırladığı yeni cihaz, qatlana bilən dizayn və hologram ekranı birlikdə istifadə edən ilk cihazdır. Universitetin tərkibində fəaliyyət göstərən The Human Media Lab'ın hazırladığı telefonda hərəkət paralaksı (motion parallax) və stereoskop ilə hər hansı bir köməkçi qurğuya ehtiyac olmadan 3D effekti yarada bilir.
Yeni cihaz hansı ekran texnologiyasına sahibdir ?
Ekranında hologram obyektlərin istifadəçilər tərəfindən üfüqi və şaquli hərəkət etdirməyə şərait yaradan HoloFlex’də Full HD keyfiyyətdə qatlana bilən OLED ekran istifadə olunub. 12 piksel keyfiyyətdə dairəvi bloklar və 16 min müstəqil balıq gözü linza, holografik imajın görünməsinə şərait yaradır. İstənilən bucaqdan hologram görüntü alına bilir.
HoloFlex'in texniki xüsusiyyətləri
Gücünü 1.5GHz Qualcomm Snapdragon 810’dan alan HoloFlex’də Adreno 430 qrafik prossessor və Open GL 3.1 istifadə olunub. Cihazın əməliyyat sisteminin isə Android 5.1 olacağı bildirilib.
Linki kopyala
Həftənin xəbərləri

