Dünya 'nın yaranması ilə bağlı yeni nəzəriyyə ortaya atılıb!

Dünya 'nın yaranması ilə bağlı yeni nəzəriyyə ortaya atılıb!

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dünya’nın yaranması ilə bağlı UCLA Universiteti’ndən olan araşdırmaçılar yeni bir dəlil ortaya qoyublar. Belə ki, Dünya 4.5 milyard il əvvəl başqa bir planet ilə baş verən toqquşma nəticəsində yaranıb və bu toqquşma Dünyanın peyki olan Ayın da yaranmasına səbəb olub. Elm cəmiyyəti uzun zamandır Dünya’nın başqa bir böyük planet olan "Theia” ilə toqquşduğuna inanırdı. Bu fikir daha əvvəl tənqid olunsa da, tədqiqatçıların 3 Apollo səyahətindən gətirdikləri qaya nümunələri və Hawaii ilə Arizona’dakı beş ərazidəki qayaların incələnməsi ilə bənzərliklər və fərqliliklər ortaya çıxdı.
Qayalardakı oksigen atomlarının kimyəvi izləri işlənərək böyük fərqliliklər yerinə onların bir birinə çox bənzər olması ortaya çıxıb. Bu anlamda Dünya və Ayın oksigen izotopları arasında hər hansı bir fərq görülmədi və bu da həm Dünya’nın, həm də Ay’ın eyni materialdan yarandığını göstərir. Yeni tədqiqatçılara görə Theia və Dünya’nın süxurları bir birinə çox yaxşı şəkildə qarışıb. Ay’ın Theia’nın qalıqlarından daha çox və Dünya’nın qalıqlarından daha az olaraq birləşməsindən yarandığı iddia olunub. Bu da tədqiqatçıları Theia və Dünya’nın başabaş toqquşduğu faktına aparmışdır. Qısa desək, bu toqquşma ilə Theia və Dünya’nın iç içə keçərək birləşdiyi və planetimizin yaranması, Ay’ın isə qopan bir parça olduğu düşünülür.
Bu dəlillər 2014-cü ildə alman elm insanları tərəfindən də ortaya atılmışdı. Amma bütün bu araşdırmalar nəzəriyyə olaraq qalır və Dünya’nın yaranması ilə bağlı konkret heç bir fakt yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


3 yeni planet kəşf olundu

Qətər elm adamlarının araşdırmalarının nəticəsində 3 yeni planet kəşf olundu. Qətər rəsmi x..


CİA illərdir gizlətdiyi UNO sənədlərini ortaya çıxardı!

İllərdir yadplanetlilər varmı, yoxmu mövzusunda minlərlə yazı yazıldı, araşdırma edildi. Minlərc..


Elm adamları Asteroidin planetimizlə toqquşmamasının yollarını axtarır!

Bundan milyonlarla il əvvəl 10 km böyüklüyündə bir asteroidin planetimizlə toqquşması zamanı dinoza..


Tarixin 7 ən sirli fotosu!

Texnologiya inkişaf etdikcə onun imkanları daha da genişlənir. Texnologiyanın yaranma tarixi yoxdur...


İnsan beyni ilə işləyən çip hazırlanır!

Çinlilər texnologiya ilə bərabər artıq elm sahəsində də uğurlu addımlar atırlar. Hangcou elm və t..


İQ testində Einsteyn və Hawkingdən çox xal yığan qız!

IQ testindən 162 xal alaraq Einstein və Stephen Hawking kimi dahiləri 2 xal geridə qoyan Nicole Barr..

×