
Dünyaya xoş xəbər var! Kosmosda bitgi çiçək açdı.
Digər
07.05.2017
Farid Pardashunas
"The Martian" filminin ən önəmli hadisələrindən biri axır ki, reallığa çevrildi. Astronomlar, kosmosda bir bitgi yetişdirməyi bacardı.
Kosmosda ən çox müddət qalan kosmonavt olma yolunda artıq günlərini sayan NASA kosmonavtı Scott Kelly, kosmik şəraitdə bir ilki bacararaq tarix yazdı. Beynəlxalq kosmik stansiyada müxtəlif növ bitgiləri yetişdirmək üçün xüsusi otaqlarda olan kosmonavtlar, burada müxtəlif təcrübələr apararaq bitgi yetişdirməyə çalışırlar. Təcrübələr nəticəsində yerə xoş xəbər göndərən kosmonavtlar yetişən bitgilərin tez məhv olmasını qeyd edirdilər. Ya çiçəklər quruyur yada kosmosun bizə verdiyi şəraitə tab gətirə bilmirdilər. Bütün bunlara baxmayaraq kosmonavtlar təcrübələrinə davam edərək heç də həvəsdən düşmədilər.
Həm oksigen, həm fanlar ilə otağda hava sirkulasiyasın artıran təcrübəçilər, otağı çiçəklər üçün əlverişli hala gətirməyi bacarıblar. Kelly-nin sahib olduğu məlumatlar və bitgilərə tətbiq etdiyi yöntəmlər nəticəsində kosmosun ilk çiçəyi açdı. Bu önəmli hadisəni dünyaya tanıdan isə Twitter hesabından paylaşım edən Scott Kelly-nin özüdür. Bu hadisə tarixə kosmosda çiçək açan ilk bitginin yetişdirilməsi kimi düşdü.

Mənbə: The Verge
Linki kopyala
Həftənin xəbərləri

