main-post-cover

    Dolların bahalaşması yerli texnologiya bazarına necə təsir edəcək?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Azərbaycan xalqı səhəri bəd xəbərlə açdı. Mərkəzi bankın üzən valyuta sisteminə keçid etməsi manatın devolvasiyasına səbəb oldu. Bu gündən etibarən 1$=1.55 AZN dəyərindədir. Banka dollarla borcu olanları bir kənara qoyub məsələyə texnoloji səviyyədə baxaq. Manatın devolvasiyası texnoloji məhsulların qiymətinə necə təsir edəcək?
    Məlum məsələdir ki, Azərbaycanda yerli istehsal qeyri-neft sektorunuçıxmaq şərtilə çökmüş səviyyədədir. Azərbaycanda olan texnoloji məhsulların əksəriyyəti, demək olar ki, hamısı idxala əsaslanır. Nəzərə alsaq ki, bütün texnoloji məhsullar dollar ödənişilə ilə idxal olunur. Bir də bunun üzərinə gömrük rüsumları və vergilər gəldikdə çox yaxşı qiymət əmələ gəlir. Hal hazırda mağazaların stokunda olan məhsulları nəzərə alsaq elədə ciddi qiymət fərqi görməyəcəyik. Lakin növbəti partiyalarda idxal olunan bütün texnoloji məhsulların qiymətlərində ən az 30-40% bahalaşma olması gözlənilir. Bütün telefon modelləri, Apple və Samsung məhsulları, fotoaparatlar qiymət dəyişikliyinə uğrayacaq.
    Belə bir vəziyyətdə müvəqqəti çıxış yolu ikinci əl məhsulları daxildən əldə etməkdir. Görünən odur ki, 2016-cı ildə bütün texnoloji məhsulların qiyməti gözə görünən səviyyədə bahalaşacaq. Yerli istehsal ənənələrin formalaşdırmaq, yerli məhsullar istehsal etmək bu vəziyyətdə ən yaxşı çıxış yoludur. Lakin bu prosess özlüyündə bir neçə il çəkəcək. Son olaraq qeyd edə bilərik ki, əgər telefon almaq fikriniz varsa nə qədər ki, gec deyil stokda olan məhsulları alın bir neçə gün sonra iPhone qiymətləri yenə bahalaşdı xəbərini eşitdikdə təəccüblənməyin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər