Donald Trump-dan yeni il gecəsinə damğa vuran açıqlama: Heçbir kompüter təhlükəsiz deyil!

08.05.2017 0 PAYLAŞIM 7446 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

ABŞ-dakı bir yeni il partisində danışan ABŞ-ın yeni prezidenti Donald Trump, heç bir kompüterin təhlükəsiz olmadığını bildirdi.

Floridadakı Mar-a-Lago klubunda keçirilən və Sylvester Stallone kimi məşhur adlarında iştirak etdiyi yeni il partisində danışan ABŞ-ın yeni prezidenti Donald Trump, heç bir kompüterin təhlükəsiz olmadığını dedi. Vacib məlumatların üçüncü şəxslərin əllərinə çatmasına mane olmaq üçün köhnə üsulların seçilməsinin daha yaxşı olduğunu bildirən Trump, "Əgər çox vacib bir şeyə sahibsinizsə köhnə moda olan kuryer ilə yollayın. Kimin nə dediyi vecimə belə deyil, kompüterlər tamamilə güvənsiz cihazlardır” açıqlamasını etdi.

Bundan əlavə olaraq qeyd etmək istərdik ki, Trump, seçim yarışı ərəfəsində rəqibi Hillary Clinton-un xüsusi e-poçtlarının sızdırılmasından şübhəlidir.