Donald Trump hansı Android Telefonu istifadə edir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
ABŞ-ın yeni prezidenti Donald Trump-ın istifadə etdiyi Android cihazı ortaya çıxdı.
Xüsusilə rəsmi Twitter hesabında etdiyi sərt açıqlamaları
ilə gündəmə gələn Donald Trump-ın, rəsmi olaraq ABŞ Prezidentliyi vəzifəsinə
başladığında bu xasiyyətini geridə qoyacağı gözlənilirdi.
Hətta Gizli Servisin bu vəziyyəti çox da xoş
qarşılamadığı və Trump-a, Obamada olduğu kimi təhlükəsizliyi ciddi ölçüdə
artırılmış bir BlackBerry verildiyi bildirilmiş, Trump-ın bu səbəbdən Androidcihazına vida etdiyi danışılmışdı.
Ancaq NYT-nin açıqladığına görə Trump, hələ tweet atarkən
əvvəlki, təhlükəsizlik səviyyəsi düşük Android cihazını istifadə edir. Yəni
Trump, hər nə qədər Gizli Servis təsdiqləməsə də Ağ Ev-də hələ də Android
cihazını istifadə etməkdədir.
Bəs Trump-ın istifadə etdiyi Android telefonu hansıdır?
Trump-ın telefonu mövzusunda dəqiq olaraq "bu cihazı
istifadə edir” deyə biləcəyimiz rəsmi bir mənbə yoxdur. Ancaq; Trump-ın şəkillərindən
yola çıxdığımızda hansı cihazı istifadə etdiyini tapmaq çox da çətin deyil.
Yuxarıda gördüyünüz şəkil, 2015-ci ilin Oktyabr ayında çəkilib. Şəkildəki
cihazı incələdiyimizdə arxa tərəfi görünən cihazın ortasında bir kamera
mövcuddur, bu kameranın sol tərəfində isə bir LED flash mövcuddur. Sağ tərəfdə
də -çox güman ki- bir logo yer almaqdadır. Əlavə olaraq üst tərəfdəki qulaqlıq
girişi də rahatlıqla görülə bilinir.
Fevral 2016-da çəkilən bu şəkildə isə telefonun ön qisminə
bağlı bəzi detallar da gözə çarpır. Bu mövzuda ən diqqət çəkən şey isə "home”
düyməsi və alt USB girişidir. Xüsusilə ön panelə baxdığımızda, cihazın Samsungolduğunu rahatlıqla deyə bilərik. Samsung-un modellərindən yola çıxaraq
bir filtrləmə etsək; bu tərz xüsusiyyətlərdə
bir Samsung cihazı ancaq Galaxy seriyası ola bilər. Lakin alt hissəsində
qulaqlıq girişinin olmaması, Trump-ın telefonunun Galaxy S6 və sonrakı
cihazlardan biri olmadığını bildirir.
Arxa tərəfin dizaynını əsas götürsək (yəni ortada kamera,
solda LED flash və sağdakı logo), cihazın Galaxy S3 olduğunu deyə bilərik.
Cihazın niyə Galaxy S4 ya da S5 olmayacağının cavabı isə, kameranın solunda
yerləşən LED flash ilə əlaqəlidir. Beləki S4 və S5-də LED flash, S3-dəki kimi kameranın
solunda yox, altında olur.
Qısa bir müddət əvvəl Trump-ın bir reportajı sırasında çəkilən
bu şəkil də cihazın Galaxy S3 olduğunu təsdiqləyir:
Bəli, nəticə olaraq ABŞ Prezidentinin istifadə etdiyi
cihaz, 2012-ci ildə bazara çıxarılan, son əməliyyat sistemi yenilənməsini ilə
2015-ci ildə almış Android 4.3 Jelly Bean-lı Samsung Galaxy S3-dür. Trump-ın
Gizli Servis-in tövsiyyəsinə uyaraq cihazı istifadə etməyi
saxlayıb-saxlamayacağı bilinmir. Lakin hazırda Trump-ın tweet-lərini bu cihaz ilə atdığını deyə
bilərik.
Təbii
ki bu qədər varlı bir iş adamının dörd il əvvəl bazara çıxarılmış bir telefonu
niyə istifadə etməyə davam etdiyi bilinmir. Bəlkə sadəcə Twitter-a giriş-çıxış etdiyi üçün dəyişdirmək
istəmir.
Lakin
bildirdiyimiz kimi Gizli Servis, xüsusilə təhlükəsizliyi sağlam dərəcədə
artırılmış bir BlackBerry cihazını Trump-a istifadə etməsi üçün təqdim edəcək
(hətta artıq təqdim etmiş ola bilər). Nəticə olaraq Trump artıq ABŞ
prezidentidir və təhlükəsizlik onun üçün ilk sırada gəlir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək