main-post-cover

    Donald Trump-ın prezidentliyi dövründə iPhone qiymətləri dəyişəcəkmi?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Donald Trump-ın prezidentlik dövründə "Apple” smartfonlarının qiyməti yüksələ bilər.

    Bu fikri bəzi mütəxəssislər səsləndiriblər. Seçkiqabağı kampaniyası zamanı Trump, ABŞ-ın böyük ticarət tərəfdaşları ilə ticarət əlaqələrinə yenidən baxılması fikrini irəli sürmüşdü. Trump əsasən Çindən import olunan məhsullara 45% vergi qoyulacağı fikrini səsləndirirdi. İqtisadçıların fikrincə Trump-ın bu siyasəti nəticəsində iPhone cihazlarının qiyməti yüksələcək. Belə ki, iPhone-lar məhz Çində istehsal olunur. "Barclays” bankının mütəxəssislərinin fikrincə import məhsullara ola biləcək vergi 45%-dən az olacaq. Onların proqnozlarına əsasən ABŞ hökuməti vergiləri 15% aralığında təyin edəcək. "Lakin əgər vergilər 15% qalxsa qiymətlər də artacaq. Lakin bu artım 15% təşkil etməyəcək” – deyə iqtisadiyyat üzrə professor Amit Khandelwal bildirib. Buna baxmayaraq mütəxəssislər həmin vaxtda iPhone cihazlarının qiymətlərinin nə dərəcədə artacağını müəyyən edilməsində çətinlik çəkiblər. Ümumilikdə isə iqtisadçılar düşünürlər ki, "Apple” üçün əsas problem vergilərin böyüməsi deyil, Çin tərəfin bu məsələyə sərt reaksiyası ola bilər. Belə ki, Çin ABŞ-dan olan import məhsullarına vergiləri yüksəldə və ya nizamlayıcı orqanlar vasitəsilə yerli smartfon istehsal şirkətlərini dəstəkləyə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər