main-post-cover

    Donald Trumpın saytı hack olundu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Donald Trump-ın prezident seçilməsi bir çoxları üçün gözlənilməz, bəziləri üçün isə məyusluq oldu. Belə ki, prezidentlik üçün müraciət etdiyi ilk vaxtlardan maraqlı qalmaqallarla yaddaşlarda iz qoyan Trump prezident seçildikdən sonra da bir çox maraqlı nüanslarla diqqət çəkməyi bacarıb.
    Prezident seçilən Donald Trumpın veb saytı hackerlər tərəfindən hack olundu və o qədər də xoş olmayan statuslar paylaşıldı. Belə ki, Donald Trumpın veb saytında çox sadə müdaxilə ilə hackerlər yeni president haqda öz fikirlərini paylaşdılar. Onlar saytın URL hissəsinə istədikləri ifadələri yazmaqla bir çox sayt ziyarətçilərini təəccübləndiriblər. Məsələn, bunlardan bir nümunə olaraq URL-ə müdaxilə etməklə "donald trump accepts defeat” yəni "donald trump uduzduğunu qəbul edir.” kimi ifadələr paylaşılıb.

    Təbbi ki, bu boşluq tez bir zamanda aradan qaldırıldı və sayt əvvəlki vəziyyətinə qaytarıldı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər