

Donmuş nəhəng virus
Bu yaxınlarda "məşhur” virus Sibir torpağının 30 metr dərinliyində tapılıb. Aparılan araşdırmalar təxminən 30 min il yaşı olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bu yeni virus insan irqi üçün təhlükəli deyil. Virusa ad da verilib - Mollivirus sibericum. Mr. Sibericum tapılmış yeni nəhəng 4cü virusdu. Ondan əvvəl isə 2003-cü ildə Elm jurnalında işıq üzü görən Mimivirus adlı virus idi. Digər viruslarla müqayisədə bunlar xeyli böyükdü. Belə ki, Mimivirus sadə mikroskop altında asanlıqla görünə bilərBelə nəhəng virusların tapılması elm adamlarln marağına səbəb olub və bu sahədə tədqiqatları genişləndirmək niyyətindədirlər.
Sual oluna bilər ki, niyə belə nəhəng viruslar elm üçün maraqlıdır. Elmi araşdırmaçı Chantal Abergel bu suala cavab olaraq deyib ki, biz fikirləşirik ki, bu nəhəng viruslar Yerdə həyatın necə yaranmasını başa düşməkdə bizə kömək edəcəklər. Həmçinin Abergel digər belə virusların var olduğunu və onlardan öyrəniləcək xeyli faydalı məlumatların mövcud olduğunu bildirib. Bu səbəblərə görə elm bu sahəyə xüsusi diqqət ayırır.
Şərh yoxdur