Dron startapı "Matternet"ə investisiya qoyan "Mercedes-Benz", Vision Van modelini təqdim etdi

Dron startapı "Matternet"ə investisiya qoyan "Mercedes-Benz", Vision Van modelini təqdim etdi

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Alman avtomobil nəhəngi "Mercedes-Benz", hələ nəticələndirilməmiş razılaşmaya görə dron startapı "Matternet"ə investisiya qoydu. Eyni zamanda yeni məhsulu Vision Van modelini də dünən təqdim edən "Mercedes-Benz", bu mikroavtobusu, üzərindən dron daşıyan bir model olaraq təsvir edir.


Tamamilə avtomatik uçuş qabiliyyətinə sahib Matternet M2 adlı dron, "Mercedes-Benz" mikroavtobusların üstünə enmək qabiliyyətinə sahib olacaq. Xüsusilə e-ticarət sifarişləri və bağlama kuryerliyi üçün vacib bir xüsusiyyət sayıla biləcək bu yeniliyin işləmə prinsipi dron vasitəsilə çatdırılmaya əsaslanır. 
"Matternet"in qurucusu və CEO-su Andreas Raptopulusun verdiyi nümunə isə maraqlıdır: Məsələn, "Amazon"dan bir məhsulu sifariş etdiniz və məhsul anbarda mövcuddur. Əgər çatdırılmanı reallaşdıracaq olan Vision Van mikroavtobusu yaxınınızdadırsa, məhsul dron ilə yola çıxır və dron birbaşa olaraq Vision Van çatdırılma mikroavtobusuna doğru istiqamət alır. Sonrasında isə Vision Van mikroavtobusu içərisindəki kuryerlər, eynilə normal bir bağlamanızı çatdırır kimi məhsulu sizə təslim edirlər. Beləliklə məhsulun çatdırılma prosesində dronlardan istifadə edilir və bir günə təslimat prosesi də inkişaf edir.
 
Matternet M2 verilən məlumatlara görə 2 kiloqrama qədər ağırlıqdakı bağlamaları daşıya bilir. Bununla birlikdə yükləmə və təslimat, eniş və qalxış vaxtlarında heç bir insan gücünə ehtiyac duymaması da bu dronun bir başqa vacib xüsusiyyətidir. Bugünə qədər 9.5 milyon dollar investisiya toplayan "Matternet"in investorları arasın da "Mercedes-Benz" də öz yerini alır və "Matternet"in hədəf investisiya miqdarı isə 11.5 milyon dollardır. Qısacası startap hələ də yeni investisiya axtarışındadır və dronlarını inkişaf etdirməyə davam edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×