Drone taksilər, 2017-ci ilin yay aylarında Dubay-da fəaliyyətə başlayacaq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Avtonom avtomobillərlin gələcəyi olaraq görülən drone-lar, sərnişin səfərlərinə 2017-ci ilin yayında Dubay-da başlayır.
Bugün
Dubay-da keçirilən World Government Summit tədbirində təqdim olununan avtonom
drone-larla sərnişin daşımalarına, iyul ayında başlanılması gözlənilir.
Layihə üçün
istifadə ediləcək olan Drone taksi Çin istehsalı EHang 184 modeli, tədbir müddəti
ərzində iştirakçılara nümayiş etdirildi. İlk olaraq 2016-cı ildə keçirilən CES
sərgisində qarşımıza çıxan EHang 184-ün test uçuşları ötən yay Las Vegas şəhərində
olmuşdu. Tək nəfərlik bir vasitə olan EHang 184, 100 kq-a qədər daşıma həcminə
sahibdir.
Tədbirdə
Dubay şəhəri adına danışan Mattar al Tayer, EHang 184-ü Dubay-da da test etdiklərini
bildirdi. Batareyası tam dolu olduqda 50 km yol qətedəbilən Drone taksi, saatta
160 km sürətə qədər hərəkət edə bilir. Şəhər içərisində təyin olunan 40-50
km-lik bir sahə üçün istifadə ediəcək olan EHang 184, əmr mərkəzindən idarə ediləcək.
Əgər uğurlu
olarsa şəhər içi nəqliyyatı üçün ən məntiqli layihələrdən biri olacaq olan
Drone taksi, xüsusilə tıxac sıxıntısı yaşayan şəhərlər üçün möhtəşəm
alternativ ola bilər. Son olaraq İsrail
mərkəzli Urban Aeronautics firması, ötən ay hərbi istifadə üçün hazırlanan nəqliyyat
drone-larının 2020 etibariylə istifadəsinə başlanılacağını açıqladı.
Mənbə: Webrazzi.Com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ