Reklam
Dronu uzaq məsafədən necə sındırmaq olar?

Dronu uzaq məsafədən necə sındırmaq olar?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

ABŞ Kibernetik Komandanlığının zabiti Brent Chapman Parrot markalı dronları uzaq məsafədən ələ keçirməyi bacaran ucuz cihaz hazırlayıb. Həmin dronlar elektronika ilə təchiz olunub. Yəni onlar bir növ uçan kompüterlərdir. Bu isə o deməkdir ki, onları da istənilən kompüter kimi sındırmaq mümkündür. Bunun üçün sizə sadəcə olaraq daha ucuz kompüter, Wi-Fi və bir sıra texniki xüsusiyyətlər lazım olacaq. ABŞ Silahlı Qüvvələrinin tərkibində olan Kibernetik Komandanlığın zabiti əsasən kiber müharibə əməliyyatlarının keçirilməsində və hərbi kompüter şəbəkələrinin idarəolunmasında iştirak edir. O sözügedən cihazın necə yığılaraq ayarlanması haqqında ətraflı məlumatı bütün istifadəçilər üçün paylaşıb. Bunun üçün ilk öncə Parrot AR Quadcopter 2.0 pilotsuz uçuş aparatı və ucuz Raspberry Pi. mikrokompüteri lazım olacaq. İşə salınan zaman istifadəçinin drona smartfon vasitəsilə qoşula bilməsi üçün həmin dron Wi-Fi əlaqə nöqtəsi yaradır. Bu zaman əlaqə nömrəsinin adı ardrone2 (adın sonundakı rəqəm müxtəlif ola bilər) adlanır. Chapman fikir verdi ki, həmin əlaqə nöqtəsinə qoşulmaq üçün xüsusi şifrə lazım deyil. İstifadəçi əlaqə nöqtəsinə qoşulandan sonra o müəyyən tətbiqetməni işə salaraq dronu tamamilə idarə edə bilər. Brent tərəfindən yazılmış ətraflı məlumat əsasında istənilən şəxs bu cür cihaz hazırlayaraq sözügedən dron modelini ələ keçirə bilər. Təbii ki, o vaxta kimi ki, Parrot dronlarına şifrələmə alqoritmini əlavə etsinlər. Hər-halda hərbçilər artıq uzun illərdir ki, dronların məhv edilmə üsullarını öyrənirlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×