

Dropbox cloud servisi yeni funksiyalara sahib olub. Yeni funksiyalardan əsası skan olunmuş sənədlər ilə işləməkdir. Bu prosesi Dropbox-un mobil tətbiqindən birbaşa etmək mümkündür. Bundan əlavə olaraq biznes istifadəçilər skan olunmuş sənədlər üzrə axtarış sistemindən də istifadə edə biləcəklər. Artıq istifadəçilər Microsoft Office sənədlərini bilavasitə Dropbox qovluğunda yarada biləcəklər. Bu funksiya "əlavə etmək” düyməsi sayəsində reallaşır. Həmçinin Dropbox-un mobil tətbiqindəki şəxsi qovluqda kompüterdən yüklənmiş fotoları redaktə etmək, fayllar və qovluqları digər istifadəçilər ilə paylaşmaq və rəy bildirmək mümkündür. Məsələn bütün bu funksiyalardan ortaq mətnli fayl üzərində çalışan zaman istifadə etmək olar.
Yenilənən WhatsApp'a yeni funksiyalar əlavə olundu.
Şərh yoxdur