“Dubayski telefon” anlayışı nədir? Dubaydan telefon almaq məsləhətdirmi?

“Dubayski telefon” anlayışı nədir? Dubaydan telefon almaq məsləhətdirmi?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 


Ağıllı telefon bazarı daima inkişaf etməkdədir, hər il təqdim olunan yeni modellər, iri firmaların rəqabəti və yeni texnologiyaların tətbiqi. Belə bir zamanda ölkəmizdə də smartfon istifadəçilərinin sayı hər gün artır və istifadəçilər ən son istehsal olunan mobil telefonlardan istifadəyə üstünlük verirlər. Lakin son zamanlar istifadəçilər arasında yaranmış köhnə bir anlayış var – "Dubayski telefon”. "Dubayski”, "Dubayda istehsal olunan telefon” ifadələrini yəqin ki, çoxunuz eşitmisiniz. 

Belə bir vəziyyətdə Dubay telefonlarının normal bazar qiymətlərindən ucuz olmasının səbəbi nədən ibarətdir? Qiymətlər barədə məlumat üçün daxil olun.

Belə ucuz qiyməti əksər istifadəçilər həmin telefonların orginal olmamaqları ilə əlaqələndirirlər. Bəs həqiqətən Dubay telefonları orijinaldırmı? Dubaydan sifariş olunan telefonlar harada istehsal olunur? Yəqin ki, bu iki sual istifadəçilərə çox maraqlıdır. Ən azından hər gün bu suallarla qarşılaşırıq. Məsələni araşdırıb detallı təhlil etsək, həqiqəti ortaya çıxara bilərik. Əvvəlcə telefonların istehsalının harada və necə baş verdiyinə nümunələr əsasında nəzər salaq. İstər Applekimi brend fima, istər Samsung istərsə də digər flaqman telefon modellərinin istehsalçısı olan firmaların istehsal fabriki Çində, Hindistanda və s. Asiya ölkələrində yerləşir. Əgər hər hansı bir şəxs sizin Apple məhsulunuza Çin istehsalı desə, həmin adamla mübahisə etməyə dəyməz. Həqiqətən Çin istehsalıdır amma bu məqaləni sona qədər oxusaz qarşı tərəfə verə biləcəyiniz bir cavab olacaq. Çində ucuz işci qüvvəsi və əmək qüvvəsinin zəngin olması iri firmaların istehsal xərclərini azaltmaq məqsədilə belə bir addım atdıqlarını ortaya çıxarır. Elə keçən həftə paylaşdığımız Çində olan Apple yataqxanası göstərdi ki, iPhone-u istehsal edən mütəxəssislər hansı şəraitdə yaşayırlar. Bütün bunların kökündə maya dəyərinin aşağı salınması dayanır. Deməli, belə nəticəyə gəlmək olar ki, ağıllı telefonların əksər hissəsi Çin istehsalıdır və onların Çin istehsalı olması əsas vermir ki, həmin məhsullar saxtadır.


Gələk növbəti suala – Əgər telefonlar Çində istehsal olunursa və bütün ölkələrə buradan göndərilirsə Dubayda niyə bu telefonlar digər ölkələrə nisbətən ucuzdur?

Yuxarıda aydınlaşdırdığımız sual əsas verdi ki, şirrkətlərin Dubayda istehsal fabriki yoxdur. Dubayda işçi qüvvəsi bahadır və bu qətiyyən istehsalçı firmalara sərf etməz. Belə bir vəziyyətdə əldə etdiyimiz nəticə əsas verir ki, "Dubayski telefon” anlayışından imtina edək. Gələk ikinci sualın əsas hissəsinə - Niyə Dubayda ucuzdur?

Ağıllı telefonların Dubayda satış qiymətinin digər ölkələrə nisbətən ucuz olmasının səbəbi – Dubayın Azad İqtisadi Zonada ( Bütün vergi və gömrük rüsumlarından azad olan xüsusi iqtisadi zona növü) yerləşməsidir. Dubayın Azad iqtisadi zonalarının olması idxal üçün tətbiq olunan rüsumları və vergiləri aradan qaldırır və məhsulun üzərinə gəlinməli olan ödənişlər azalır. Vasitsəçi dillerlər telefonu əldə etdikdən sonra sadəcə nəqliyyat və öz mənfəətlərin telefonun üzərinə qoymaqla satışa başlayırlar. Digər ölkələrdə isə bu belə deyil. İdxal zamanı tətbiq olunan rüsumlar, vergilər və s. dövlət ödənişləri qiymətlərin şişməsinə səbəb olur və bu da avtomatik olaraq Dubay telefonlarını ucuz olmasına gətirib çıxarır. Növbəti sualımız cavabına aydınlıq gəldi.

İndi isə əsas məsələyə keçək, Dubay telefonları orijinaldırmı? Və Dubay telefonlarının fərqli cəhətləri nələrdir?

Bu sualın cavabını aydınlaşdırmaq üçün iki iri firmanın məhsulları barədə nümunə gətirəcəyik. Bunlar əzəli rəqiblər Samsung və Apple-dır. Yəqin ki, Azərbaycandan Samsung telefonları alan zaman qutunun üzərində Qafqaz üçün istehsal olunub logosunu görürsünüz. Bu həmin məhsulun Qafqaz üçün istehsal olunduğunu göstərən nişandır. İstehsalçı firmalar regionlar üçün ayrı-ayrı məhsullar istehsal edirlər. Amerika, Asiya, Yaxın Şərq, Qafqaz və s. İstehsalçıların belə bir addım atma səbəbi isə həmin regionların təlabat və istəklərinə uyğun olaraq davranmalarıdır. Bəzi regionlar üçün istehsal olunan Samsung smartfonlarında Exynos bəzilərin də isəSnapdragon prosessorlarını görürük. Halbu ki, eyni modellərdir. Eləcə də, Dubay üçün istehsal olunan iPhonelarda FaceTime-ın işləməməsi. Bu sırf BƏƏ-də operatorlarınVoIP-ə qadağa qoyması və BƏƏ-də facetime-ın qadağan olunması ilə bağlıdır. Yəni Dubayda istehsal olunan yox, Dubay üçün istehsal olunan telefon anlayışı doğrudur və bu telefonlar orijinaldır.

Dubayski və Kitayski adlandırdığımız telefonlar belə Dubayda yox Çində istehsal olunur. Normal telefonun qiymətindən 3-4 qat ucuz olan saxta telefonların heç bir rəsmi satıcısı yoxdu. Bu telefonları orjinaldan ayırmaq üçün əməliyyat sistemini və kameranı yoxlamaq kifayət edir. 2 MP-dən çox görüntü keyfiyyəti verə bilməyən kamera və Android əməliyyat sistemli iPhone və s. Bu kimi modellər dünyanın hər yerinə gedib çıxa bilir lakin orijinaldan fərqləndirmək çox asandır. Belə bir vəziyyətdə Dubaydan orjinal telefon almaq istyirsinizsə bu sayta daxil olub mütləq nəzər salmalısınız. Orjinal elektornika məhsullarını bazar qiymətindan aşağı qiymətə rahatlıqla sifariş edə bilərsiniz.

Son olaraq belə nəticəyə gəlmək olar ki, Dubayda telefon istehsalı yoxdur, Dubayda digər şəhərlər kimi telefonu idxal edir və satışı ilə məşğuldur. Dubayski telefon anlayışı da yoxdur. Yəni dubaydan alacağınız telefonu orjinal telefonlarla belə müqaisə düzgün deyil. Çünki, aldığınız telefon eyni telefondur. Daha çox telefon modeli və ətraflı məlumat burada.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×