Dubayda yerləşən 32 Startup son üç ildə 2.3 milyard dollar investisiya toplayıb

08.05.2017 0 PAYLAŞIM 5712 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dedikdə ağlımıza yer altı sərvətləri gəlir ancaq bu vəziyyətin yavaş-yavaş dəyişəcəyi məlumdur. Petrol ehtiyyatlarının azalması və elektrikli avtomobillər bu dəyişikliyin iki vacib səbəbi olsa da bölgədə artan internet investisiyalarından da bəhsetmək lazımdır.

CB Insights-ın statistikalarına görə BAE-nin irəlidə gedən 32 internet startapı 2013-dən bu yana ümumi 2.3 milyard dollar investisiya toplayıb. Bu investisiyaların 40%-i 500 min dollar ilə 2 milyon dollar arasında reallaşarkən, startapların yarısı e-ticarət əsaslı startaplardır.

Siyahıdakı startupların hamısının Dubay əsaslı olduğunu vurğulayan CB Insights, razılaşma sayı baxımından ən aktiv investorun Wamda Capital olduğunu da əlavə edir. Bu nöqtədə Wamda Capital-ın Abraaj Group-un bir investisiya qolu olduğunu da xatırlatmadan keçməyək.

BECO capital STC Ventures BƏƏ-nin digər vacib investorlarıdırlar. BƏƏ-nin 2 ədəd də milyard dollarlıq unicorn startapı var ki, bunlardan biri E-ticarət startupı Souq.com, digəri isə özəl avtomobil çağırmaq tətbiqi Careem-dir.

Digər tərəfdən BƏƏ-də ən çox investisiya (1 milyard dollar) çəkən startup Noon.com-dur və o da e-ticarət sahəsində xidmət verir. Lakin hələki fəaliyyətə başlamayıb. Noon-un bu ay içində xidmət verməyə başlaması gözlənilir.