Reklam
Dünyada ilk dəfə 1.5 km uzaqlıqda yerləşmiş mobil telefon hava üzərindən şarj olundu

Dünyada ilk dəfə 1.5 km uzaqlıqda yerləşmiş mobil telefon hava üzərindən şarj olundu

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Günümüzdə hansısa cihazı şarj etmək üçün iki üsuldan istifadə olunur.

Birinci üsul şarj üçün nəzərdə tutulmuş naqili cihaza taxmaq, ikinci üsul isə cihazı xüsusi kiçik şarj stansiyasının üzərinə yerləşdirməkdən ibarətdir. Lakin hal-hazırda müxtəlif şirkətlər enerjinin hava üzərindən ötürülməsi texnologiyası üzərində çalışırlar. Bu istiqamətdə həmçinin rusiyalı alimlər də müəyyən işlər görürlər. "Energiya” adlı kosmik-raket şirkətinin mütəxəssislər dünyada ilk dəfə olaraq 1.5 km uzaqlıqda yerləşmiş mobil telefonu enerji ilə təmin ediblər. "Technote.az"ın "4pda.ru"a istinadən verdiyi xəbərə əsasən enerji lazer şüası vasitəsilə ötürülmüşdür. Şirkətin binalarından birinin ən yüksək yerinə lazer qurğusu quraşdırılmışdır. Həmin lazer qurğusu isə 1.5 km uzaqlıqda digər binanın yüksək yerində yerləşmiş və diametri 10 sm olan ötürücüyə lazer şüası ötürmüşdür.

Həmin ötürücü öz növbəsində şüanı qəbul edərək onu elektrik enerjisinə çevirmişdir. Bütün bunlar adi mobil telefona qoşulmuşdur. Siqnalın ötürülməsindən sonra mobil telefon enerji yığmağa başlayıb. Mobil telefonun tam şarj olunmasına 1 saat vaxt lazım olub. Lakin telefonun markası və onun batareyasının enerji tutumu barəsində mütəxəssislər heç bir məlumat verməyiblər. Başa düşmək lazımdır ki, mobil telefon sadəcə olaraq təcrübə üçün seçilmişdir. Alimlərin yekun məqsədi bu tenologiyadan kosmosda istifadə etməkdir. Gələcəkdə onlar bu üsulla BKS-dən (Beynəlxalq Kosik Stansiya) "Proqress” adlı yük gəmisinə enerji ötürməyi planlaşdırırlar. İlk öncə isə alimlər pilotsuz uçuş aparatlarında təcrübələr aparacaqlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×