main-post-cover

    Dünyada ilk dəfə iOS cihazlar üçün naqilsiz flash kart təqdim olunub (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "iLuun” şirkəti iOS cihazlar üçün nəzərdə tutulmuş naqilsiz flash kartı təqdim edib.

    Təqdim olunmuş flash kartın əsas özəlliyi Wi-Fi naqilsiz şəbəkəsinə sahib olmasıdır. Cihaz iLuun Air adlanır. Naqilsiz şəbəkə interfeysi özəlliyinin olması iLuun Air-i smartfon, planşet və kompüterlərlə birgə çalışmağa imkan verir. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən flash kartın 32, 64, 128, 256 GB-lıq versiyaları var və onlar eyni anda 8 cihazla birgə çalışa bilirlər. İstehsalçının sözlərinə görə yeni cihazı istifadəçilər arasında məlumatların ötürülməsi (mobil tətbiq vasitəsilə), musiqi və film yayım axınını təmin etmək, vacib məlumatların saxlanılması, məlumatların ehtiyyat kopyalaması üçün istifadə etmək olar. Cihaz kompüterə qoşulması üçün USB 3.0 girişinə sahibdir. Bütün ötürülən məlumatlar isə şifrələnir. Şirkət flash kartın iOS 8.0 və daha yeni versiyalı smartfonlar və planşetlər ilə uyğunlaşdığına təminat verir. Təbii ki, cihazı həmçinin Mac və adi kompüterlərdədə istifadə etmək mümkündür. Yaxın zamanda sözügedən layihə Kickstarter platformasında start götürəcək.

    Linki kopyala