main-post-cover

    Dünyada ilk robot polis istifadəyə verilir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    2017-ci ildə Dubay polis bölməsində dünyada ilk dəfə robot polis xidmətə başlayacaq.

    Dubay polis xidmətinin nümayəndəsi polkovnik Xalid Razuki-nin sözlərinə əsasən robot polis əsl polisləri bəzi hallarda əvəz edəcək. Robot polisin necə və hansı funksional üzrə işləyəcəyi, habelə onun hansı vəziyyətlərdə əsl polisi əvəz edəcəyi barəsində bir məlumat verilməyib. Bu cür robotun ilk prototipi keçən il BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) keçirilmiş GITEX Technology Week adlı sərgidə təqdim olunmuşdur. Daha əvvəl qeyd olunmuşdu ki, bu yeni texnologiya növbəti 4 il ərzində tətbiq ediləcək. "Technote.az”ın "Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən BƏƏ yüksək texnologiyaları cəmiyyətin hər bir sahəsinə tətbiq edən ölkələr sırasında öndə gedənlərdəndir. Məsələn keçən il sözügedən ölkənin polisləri Google Glass texnologiyasını istifadə etməyə başladılar. Google Glass vasitəsilə polislər cəriməni ödəməmiş şəxsləri aşkar edə bilirlər. Bu il isə Dubay şəhərə robotexnika, biomühəndislik, 3D çap kimi yüksək texnologiya proqramlarının tətbiqini elan etmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər