main-post-cover

    Dünyanın ən böyük startap kampusu Parisdə açılır

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Texnologiya dünyasını Parisdə toplamağa hazırlaşan "dünyanın ən böyük startup kampusu" olmaq iddiasındakı Station F, 34.000 m2-lik nəhəng bir sahədə qurulur. 2017-ci ildə açılması planlanan və Dünyanın hər tərəfindən startuplara da açıq olan Station F-in ilk üzvləri də elan edildi. 

    Məşhur Fransız mühəndis Eugène Freyssinet tərəfindən 1929-cu ildə inşa edilən köhnə bir dəmiryol stansiyasında açılacaq olan Station F, məşhur memarlar Wilmotte & Associés tərəfindən dizayn edilib. 7/24 yaşayan bir sahə olacaq olan Station F-in ilk üzvləri isə Facebook, TechShop Vente–privee olacaq. Facebookun Station F üçün necə bir rola sahib olacağı isə gələn il bilinəcək.  

    İçərisində 3 min masalıq bir Startup ərazisi, xüsusi ofislər, iclas otaqları və 360 nəfərlik konfrans salonu yerləşəcək olan Station F-də 24 saat açıq 4 mətbəx, kafe, bar restoran olacağını da bildirək. 600 startapçının yaşaya biləcəyi binaların isə 2018-ci ildə tamamlanması gözlənilir. 
    Fransanın inkişaf etmiş təhsil mərkəzlərindən olan HEC Parisin yeni yuvası olacaq olan Station F, tarixi bir yeri texnologiya dünyasının cazibə mərkəzi halına gətirməyi qarşısına məqsəd qoyub. Dünyanın hər yerindən startapçıları gözləyən Station F, Azərbaycandan da startapların müraciətini gözləyir.
    Linki kopyala