Dünyanın ən gizli internet təşkilatı olan Cicada 3301

08.05.2017 0 PAYLAŞIM 11183 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyanın ən sirli internet təşkilatı: Cicada 3301

5 ildir fəaliyyətdə olmasına baxmayaraq bu təşkilat internet dünyasının ən sirli təşkilatına çevrilib.

Cicada 3301 haqqında məlumatlar.

Bu günə qədər internet dünyasında kimliyi məlum olmayan yüzlərlə gizli təşkilat adları və onların hansı fəaliyyətlə məşğul olduqlarını eşitmişik. Lakin bəhs edəcəyimiz internet təşkilat "Cicada 3301 " haqqında böyük ehtimalla bu günə qədər eşitməmisiniz. Təşkilat olaraq qəbul edilən "Cicada 3301 " əslində o qədər gizlidir ki, bir nəfərdən yoxsa bir qrupdan ibarət olduğu haqda hələki bir məlumat yoxdur. Bu təşkilat heç kimi hack etmir, təhlükəsizliyini qorumur ya da kiminsə pullarını oğurlamır.

Klassik hacker hadisələrinin xaricinə çıxan bu sirli qrupun etdiyi tək şey internetin ən çətin gizli mesajlarını və kodlarını aça bilən insanları təsbit etməkdir.

Bu təşkilatın arxasındakılar  kimlərdir?

Edilən təxminlər dəqiq bir şəkildə bir adamı yada qrupu işarə etməsə də ancaq təşkilatın arxasında bəzi iddialara görə Massonlarİlluminatı, ABŞ höküməti yaxud da Anonymous qrupunun olduğu deyilir. Açığı dəqiq bir şəkildə bu təşkilatı kimlərin yaratdığını bilmək çətindir. Lakin tək bildiyimiz, bu təşkilatda dünyanın ən ağıllı insanlarının yer almalarıdır.