main-post-cover

    Dünyanın ilk ağıllı qoruyucusu (condom) : iCon! (18+)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefonlar ilə başlayan ağıllı cihazlar siyahısı, ağıllı televizor, ağıllı saat, ağıllı oyuncaq və s. ilə davam edir. Technote.az olaraq hər gün sizlərə fərqli-fərqli ağıllı cihazları təqdim edirik və haradasa biz də bu cihazların artıq çox da fərqlənməyəcəyini düşünməyə başlamışdıq.
    "Daha başqa nə ola bilər?” deyə düşünərkən British Condom adlı istehsalçının yeni məhsulu olan iCon haqqında xəbər aldıq. Beləki iCon adını verdikləri ağıllı qoruyucu (!) ilə bu ağıllı cihazların siyahısına ən qəribəsini daxil edən firma, birdəfəlik yox dəfələrlə istifadə edilə bilən qoruyucu hazırlayıb. Ağıllı qoruyucu olduğunu qeyd etdiyimiz iCon, bunu içərisindəki nanoçipə borcludur.
    Normal qoruyucular kimi istifadə edilən iCon, bluetooth ilə telefonunuza qoşularaq cinsi münasibət sırasında xərclədiyiniz kalori miqdarı, giriş-çıxış sürəti və ümumi istifadə müddəti kimi qəribə məlumatları və bədəninizin o andakı istiliyini serverdə yaddaşda saxlayır.

    Ölçü olaraq bütün ölçülərə uyğun olduğu iddia edilən bu ağıllı qoruyucu, 60 Funt-sterlinq qiyməti ilə İngiltərədə satışa çıxdı. Hazırda sadəcə iOS üçün tətbiqetməsi olan iCon-un Android üçün tətbiqetməsi də hazırlanır. İngiltərədən Azərbaycanda sizin üçün qoruyucu göndərəcək tanışınız varsa, məhsulu buradakı linkdən əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər