

Xəyal qurmağı azacıq da olsa sevirsinizsə, Dünyanın mərkəzinə getməyi, ən azından bunu edə biləcək texnologiyanız olsa necə bir təcrübə olacağını düşünmüsünüz. Bu da cavabı:
Yeri qazaraq dünyanın digər ucundan çıxa biləcək bir texnologiyamız olsa, biz dünyanın mərkəzinə yaxınlaşdıqca ağırlığımız azalar və mərkəzə çatdığımızda ağırlığımız sıfır olar. Yəni qravitasiya qüvvəsi ortadan qalxar.
Deyək ki, ürəyimiz sıxıldı və evdə lazımlı texnologiyamız var. Dünyanın mərkəzinə doğru qazmağa başladıq. Biz mərkəzə endikcə, üstümüzdə qalan dünyanın kütləsi artdığı üçün, ağırlığımız getdikcə azalar və sıfırlanar. Sanki kosmosdaymışıq kimi hiss edərik.
Startuplar böhranda nələr etməlidir? ( TƏHLİL)
Deyək ki, xəyal gücümüzü biraz daha zorladıq, dünyanın mərkəzindən keçərək digər ucundan çıxan bir tunel qazdıq və içindəki havanı boşaltdıq. Özümüzü bu tunelə sərbəst düşüşə buraxdığımız zaman sürətimiz mərkəzə qədər artıb, daha sonra yavaşlayar. Və biz dünyanın o biri ucundan tam çıxacaqkən geri, mərkəzə doğru düşməyə başlayarıq. Və sonsuza qədər bir o uca, bir bu uca səyahət edərik. İşin daha maraqlı tərəfi isə dünyanın bir ucundan tunelə daxil olub, o biri ucundan çıxmanın sadəcə 41 dəqiqə davam edəcək olmasıdır!
Bunu dünyada etmək hər nə qədər imkansız kimi görünsə də, soyuq bir nüvəsi olan və üzərində su olmayan ayda edilməsi daha rahatdır.
Şərh yoxdur