main-post-cover

    3.6$-lıq telefon bugün satışa çıxdı, bütün dünya sayta hücüm etdi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünyanın ən ucuz telefonu haqqında dünən sizlərə geniş məlumat vermişdik. Bütün dünyanın eləcə də Technote izləyicilərinin gözü bugün online satışa çıxacaq olan ağıllı telefon Freedom 251-in üzərində idi. 

     


    Çəki ilə alacaqlarını iddia edən izləyicilərimiz bu telefonun real olub olmadığını müzakirə etdikləri bir vaxtda qeyd etdiyimiz kimi telefon bugün satışa çıxdı. Dünyanın 4 bir yanından sayta alıcıların axın etməsi, qısa bir zaman ərzində saytın çökməsinə səbəb oldu. Saytda qeyd edilən açıqlamada bunlar qeyd olunub:

    "Əziz dostlar, böyük diqqətiniz üçün təşəkkür edirik və qeyd etmək istəyirik ki, hər saniyədə 6 dəfə klik olunduğuna görə serverlərimiz həddindən çox yüklənib. Ona görə də biz sayda fasilə edərək 24 saat ərzində problemi həll edəcəyik. Bir daha dəstəyiniz və səbriniz üçün dərin təşəkkürümüzü bildiririk. Biz 24 saat ərzində xidmətlərimizə davam edəcəyik."

     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər