Dünyaya səs salmış ən maraqlı reklam kampaniyaları
Digər
07.05.2017
Farid Pardashunas
Reklam bazarında edilən bir çox bir-birindən
fərqli tanıtımlar hər zaman diqqət çəkməyi bacarıb. Bu yazıda maraqlı reklam
nümunələri ilə tanış olacağıq.
Burda ilk pillə Burger King şirkətinə aiddir, reklam Crispin Porter & Bogusky tərəfindən ortaya çıxıb. Reklam The Whopper Sacrifice olaraq tanınır.
Reklamın devizi 10dostunu qurban ver, bir Whopper qazan. Bir Facebook tətbiqi
olan The Whopper Sacrifice kampaniyası, 2009-cu ildə başladılıb və heç bir
media dəstəyi almayıb. Kampaniya "istifadəçi gizliliyinin pozulması ” səbəbi ilə
cəmi 10 gün fəaliyyət göstərə bilib. Kampaniyanın mənfi tərəfi dostluğundan
çıxardığın şəxslərə xəbərdarlıq olunması olub. Kampaniya vasitəsilə 20.000 pulsuz Whopper verilib. Burdan belə bir nəticə
çıxarmaq olar ki, reklam yaradıcılığında sərhəd yoxdur.
Bu siyahıda ikinci yer "Elf youself”ə aiddir. Bu reklam Office Max şirkətinin tanıtımına yönəlib.
İnsanlar özlərinin və sevdiklərinin yeni il elflərinə oxşar fotolarını rəqs edən formada paylaşırdılar. Sadə bir fikir olsa
belə, 2006-cı ildə məşhulaşa bilmişdi. İnsanların öz e-kartlarında star olmaları çox rəğbət görmüş və 6il boyunca yarım milyondan çox paylaşıma
sahib olmuşdu. Bu kampaniya qalıcı bir uğur əldə etdi və bir tətil ənənəsi
halını aldı. Bu viral reklamın tanınmasının əsas səbəbi müştəriləriyə "star olma”
şansının verilməsidir. Belə reklamlar müştərinin həm əylənməsinə, həm də sizə qarşı simpatiyanın
artmasına səbəb olacaq.
Maraqlı reklam nümunələri içində "Queensland Board of Tourism” tərəfindən
həyata keçirilən The best job in the World xüsusi yer tutur. Beləki, şirkət 6ay
boyunca hovuzu təmizləmək, balıqları bəsləmək, məktubları toplamaq və Great
Barrier Reef-in çox bilinməyən möhtəşəm adasını kəşf etmək üçün 150.000$ pul ödəyəcəyini bildirib. Bu
işi əldə etmək üçün çox asan şərt vurğulanıb. İşi niyə istədiyinizə dair 1 dəqiqəlik
video hazırlamalısınız. Şirkət bu elanı adi bir qəzetin "Karyera” bölməsində
yerləşdirib. Çox yaxşı PR nəticəsində 7 milyondan çox ziyarətçi, 200 ölkədən
34.000 müraciət və 500.000 səs topladılar. Və şanslı qazanan "Queensland Turizm Elçisi” kimi həyatına davam edib.
Kreativlik hər zaman diqqəti cəlb edir.
Reklam
kampaniyaları yalnız ticarətdə deyil, incəsənətdə də diqqət çəkməyi bacarıb.
Beləki, Radiohead adlı musiqi qrupunun solisti Thom Yorke (Tom Yorke) bir necə
yaradıcı insan birləşərək In Rainbows adlı
albomu maraqlı üsulla satışa çıxarıb. Bu təklif isə "Neçəyə istəsəniz o qiymətə
də alın” olub. Qrup ilk il 3 milyon endirilmə və 10 milyon dollar gəlir əldə edə
bilib. Qrup bu aksiyanın özünün ən böyük uğuru olduğunu vurğulayıb. Burdan bir
nəticə çıxarmaq olar ki, müştəri məmnuniyyəti hər şeydən üstündür.
"Artisan
Entertainment" şirkətinin həyata keçirdiyi The BLAIR WITCH PROJECT-in ilk online viral reklam kampaniyası olduğunu desək yanılmarıq. Cəmi 22.000
dollar xərclənərək çəkilən filmdə 3 itkin tələbənin hekayəsi təsvir olunub.
Film o qədər real alınıb ki, 250 milyon dollar gəlir gətirib. Təbii ki, burda
PR xidmətinin böyük təsiri olub. Sizdə öz reklam kampaniyanızı diqqət çəkən hekayələrlə
tanıdın.
2008
Presidential Campaign reklamı bu reklamlar arasında
seçilir. Çünki bu reklam Barak Obamanın president seçilməsinə səbəb oldu. Sosial
media və rəqiblərinin diqqət etmədiyi lobiçiliklə buna nail olan Obama, Youtube-da 20 milyon kliklənərək və Facebook-da 2.5 milyon izləyicisi ilə
baryeranı keçə bilib. ABŞ prezidenti bunu bacardısa sizdə bacara bilərsiniz…
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)